May ayı ərzində Bakı şəhəri üzrə "103" Çağrı mərkəzinə 62 814 çağırış daxil olub. Onlardan 6 536 nəfər hospitizasiya olunub.
Bu barədə Aztibb.az-a Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən xəbər verilib.
Çağırışlardan 3 524-ü əsassız, yəni təcili tibbi yardıma aid olmayan müraciətlərdir.
Eyni zamanda, 5 169 nəfərin çağırışı nəticəsiz ( yerində tapılmadı, tibbi yardımdan imtina və həkimə qədər ölüm və s. ) olaraq qeydə alınıb.