Ukrayna Silahlı Qüvvələri Rusiya ərazisinə Qərb silahları ilə zərbələr endirməyə başlayıb. Bunu Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kirill Budanov da təsdiqləyib.
Reyting.az-ın məlumatına görə, K. Budanov deyib ki, Qərb silahlarının zərbələri artıq hiss olunur.
Kəşfiyyat rəhbərinin fikrincə, bu cür zərbələr mütləq effekt verəcək və Ukrayna üçün cəbhədə “vəziyyəti mütləq yüngülləşdirəcək”.