RU

Qurban bayramını sağlam keçirmək üçün10 kritik qayda

Bayramlar cəmiyyətimizdə mühüm yer tutur. Bununla belə, bayramları sağlamlığımızı təhlükəyə atmadan keçirmək vacibdir.

Qurban bayramında qırmızı ətin istehlakına diqqət yetirilməlidir.

Medicina.az xəbər verir ki, dietoloq Tuba Sunqur Qurban bayramında diqqət edilməli olan qidalanma qaydalarını açıqlayıb.

1. Günə səhər yeməyi ilə başlayın!

Bayram boyu adekvat və balanslı qidalanma yaratmaq üçün davamlı ət istehlak etməməyə diqqət yetirməlisiniz. Bir yeməkdə bütün qida qruplarından istehlak etmək çox vacibdir. Günə yüngül səhər yeməyi ilə başlamaq faydalı olacaq. Yumurta, pendir, zeytun, pomidor, tam taxıl çörəyi və bol göyərti ilə yüngül səhər yeməyi yeyərək həzm problemlərinin qarşısını ala bilərsiniz.

2. Əti öz yağında bişirin!

Ənənəvi Qurban bayramı yeməyi olan qovurmaya əlavə yağ qatmayın. Ətə doymuş yağları əlavə etmədən öz şirəsində bişirmək faydalıdır.

3. Axşam yeməyində ət yeməyin!

Ət həzm olunması çətin olan qidalardan biridir. Axşam saatlarında çox hərəkət edilmir və yatmağa yaxın həzm problemləri yaranır. Odur ki, axşamlar ət yeməmək lazımdır. Həzmi asanlaşdırmaq üçün əti əsasən günortalar yemək, bu zaman da onu çox çeynəmək lazımdır.

4. Gündə 90 qramı keçməyin!

Təzə kəsilmiş ət çətin həzm olunduğundan həzmsizlik kimi problemlər yarana bilər.

Qırmızı əti kəsdikdən sonra ən azı 12 saat soyuducuda saxlayıb bişirib, qalan hissəsini xırda-xırda doğrayıb dərin dondurucuya qoymaq lazımdır. Üstəlik bayramda hər yeməkdə qırmızı ət yemək sağlam seçim olmayacaq. İdeal olanı gündə bir dəfə qırmızı ət istehlak etməkdir.

Gündə maksimum 60-90 qram istehlak etməli və ətlə birlikdə sağlam qidalanmanı tamamlamaq üçün süfrədə tərəvəzə, salata, eləcə də tam taxıl çörəyi və bulqur kimi karbohidratlara yer verməlisiniz.

5. Ətin yanında çoxlu salat istehlak edin!

Ət lifli qida qrupu olmadığı üçün həddindən artıq miqdarda və lif qaynaqları əlavə edilmədən yeyildikdə qəbizlik problemləri yarana bilər. Bu səbəblə ətlə birlikdə tərəvəz, meyvə, taxıl çörəyi və yüksək lif tərkibli bulqur istehlak etməlisiniz. Ətlə yanaşı yediyiniz tərəvəz və meyvələrdə olan C vitamini qırmızı ətin tərkibindəki dəmirin orqanizm tərəfindən mənimsənilməsini artırır. Bu səbəbdən qırmızı ətlə birlikdə bol limonlu, yaşıl salatı da istehlak etməyi vərdiş halına gətirməlisiniz.

6. Dorğu bişirmə texnikasına üstünlük verin!

Qırmızı ətin istehlak miqdarı ilə yanaşı, bişirmə texnikasına da diqqət yetirilməlidir. Əti qızartmaq və qızartmaq yerinə qril, sobada bişmiş və ya qaynadılmış şəkildə istehlak etmək daha məqsədəuyğundur.

Diqqət edilməli vacib məqam odur ki, manqalda bişirərkən ət yanmamalı, daxili hissələr çiy qalmamalıdır. Yanmış ət xərçəng riski yaradır, çiy ət isə müxtəlif təhlükəli bakteriyalara yoluxdura bilər.

7. Şərbətli yox, südlü desertləri seçin!

Qırmızı ətlə yanaşı bayram günlərində təqdim edilən desertlər də məqbul miqdarda istehlak edilməlidir. Ağır şərbətli desertlər yerinə südlü desertlərə üstünlük verilməlidir.

Bununla yanaşı, meyvə şirəsi və ya qazlı içkilər yerinə çay və ya bitki çaylarına üstünlük verməlisiniz.

8. Əti yüksək temperaturda bişirməyin!

Ət üçün ən uyğun bişirmə üsulu onu aşağı temperaturda, uzun müddət və mümkünsə öz şirəsində bişirməkdir.Çünki yüksək temperaturda bişdikdə ətin xarici səthi tez bişir, daxili isə çiy qalır. Bu, qida zəhərlənməsinə səbəb ola bilər. Əti öz şirəsində bişirdikdə qida dəyərini itirmir.

9. Hər gün 45 dəqiqə yeriyin!

Fiziki məşqlər həm çəkiyə nəzarət etməyə kömək edir, həm də bayramda yediyimiz qidaların həzmini asanlaşdırır. Odur ki, imkan daxilində bayram günlərində hər gün 45 dəqiqə və ya bir saat sürətlə yeriməyi unutmayın.

10. Çay və qəhvə istehlakını məhdudlaşdırın!

Bayramın yay aylarına təsadüf etməsi su istehlakını daha da vacib edir. Bununla belə, bayram səfərləri zamanı sizə çoxlu çay, qəhvə, meyvə şirələri və ya kompot təklif oluna bilər ki, bu da su içməyinizi azalda bilər. Çay və qəhvə kimi içkilər bədəndəki suyun sidiklə xaric olmasına və orqanizmin susuzlaşmasına səbəb olur. Odur ki, bu içkiləri məhdudlaşdırmalı, gündə ən az 2 litr su içməyə çalışmalısınız.


Aysel

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
22
3
medicina.az

4Источники