RU

“Yaprak Dökümü” serialının ulduzu saxlanıldı

Türkiyəli məşhur aktyor Yusuf Atala dələduzluq istintaqı çərçivəsində saxlanılıb.

Demokrat.az
xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.

Bildirilib ki, ölkənin Yalova, Adana və İstanbul şəhərində eyni vaxtda həyata keçirilən əməliyyatda minlərlə vətəndaşa qarşı dələduzluq edən cinayətkar dəstə saxlanılıb. 

Ədliyyəyə gətirilən 29 nəfər arasında məşhur simanın da olması diqqət çəkib.

Qeyd edək ki, Yusuf Atala “Yaprak Dökümü” “Kampüsistan” və “Pis Yedili” seriallarında oynadığı rollarla tanınıb.

Aysu
Demokrat.az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
83
demokrat.az

1Источники