RU

Avropa Birliyinin Çinlə münasibətlərində yeni səhifə açıla bilər – Politoloq

Bu gün Avropa Birliyində rəhbər vəzifələrdə kimlərin olacağı ilə bağlı ehtimallar səsləndirilir. Avropa Şurasının rəhbəri vəzifəsinə Portuqaliyanın sabiq baş naziri Antonio Kostanın gələcəyi ehtimal olunur. Antonio Kosta da solçu fraksiyanı təmsil edir. O gələcəyi təqdirdə Avropa Birliyinin xarici siyasətində bir o qədər dəyişiklik olmayacaq.

Bu fikirləri Herbiand.az saytına politoloq Zahid Sultanov deyib. Onun sözlərinə görə, daxildə isə sosial-iqtisadi məsələlərdə Kostanın fərqli mövqeyi olduğuna görə, müəyyən dəyişikliklər ola bilər:

“Borrellin yerinə gələcək namizədlər arasında daha çox Estoniyanın baş naziri Kaya Kallasın adı qeyd olunur. Onun namizədliyini Fransa prezidenti Makron da dəstəkləyir. Kaya Kallasın Avropa Birliyinin xarici siyasət komissarı postuna gələcəyi təqdirdə Birliyin Rusiya siyasəti daha da kəskinləşə bilər. Estoniyalı baş nazir kimi Rusiyanın daha da güclənməsini və mövqeyinin genişlənməsini istəməyən bir şəxs kimi Avropa Birliyinin xarici siyasətinin də bu yöndə istiqamətləndirilməsi guman oluna bilər”.

Politoloq qurumun Qafqazla bağlı siyasətində ciddi bir dəyişikliyin olacağını düşünmür:

“Əgər Kaya Kallas bu vəzifəyə gələrsə, Makronla yaxın münasibətlərə malik olan bir şəxs kimi Birliyin xarici siyasətində ermənipərəstliyin nümayiş olunması gözlənə bilər. Amma digər regionlara münasibətdə Avropa Birliyi daha sərt ritorikə baş vuracaq”.

Politoloqun fikrincə, Avropa Birliyinin Çinlə münasibətlərində də yeni səhifə açıla bilər.

Elnurə İSAXAN       

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
53
herbiand.az

1Источники