RU

Pentaqon Xarkov bölgəsində vəziyyətin sabitləşdiyini bildirib

"Hazırda Xarkov vilayətində vəziyyət sabitləşib".

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ABŞ-nin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, general Çarlz Braun bildirib.

"Mən sizə deyərdim ki, vəziyyət son bir neçə həftə ilə müqayisədə daha böyük dərəcədə sabitləşib", - deyə hərbi lider Brüsseldə Xarkov vilayətindəki vəziyyəti şərh edərkən bildirib.

İyunun 5-də Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırski Pokrovski, Kuraxovski, Kupyanski və Xarkov istiqamətlərində vəziyyəti Ukrayna qoşunları üçün çətin adlandırıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
33
iqtisadiyyat.az

1Источники