RU

“Samsung” smartfonu idarə edən idman ayaqqabısı təqdim edib


“Samsung” şirkəti bir sıra jestlər vasitəsilə smartfon funksiyalarını idarə etməyə imkan verən gələcəyin “Shortcut Sneake” idman ayaqqabılarını nümayiş etdirib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “SamMobile” portalı məlumat yayıb.
Məlumata görə, idman ayaqqabıları “Cheil Benelux” kreativ agentliyi, “Elitac Wearables” və “Brut Amsterdam” şirkətləri, həmçinin məşhur dizayner Roel van Hoffun əməkdaşlığı ilə hazırlanıb.
İdman ayaqqabılarında altlıqda quraşdırılmış beş fərqli hərəkətə cavab verən, həmçinin, telefonla zəng etmək və ya musiqi dinləmək kimi müəyyən funksiyaları aktivləşdirən hərəkət sensorları var.
“Samsung” “Shortcut Sneaker”ı pərakəndə mağazalarda satmaq niyyətində deyil. Belə ki, bu ayaqqabılardan cəmi altı cüt buraxılacaq və bu il iyulun 9-dan 15-dək “Samsung Members” proqramının beynəlxalq istifadəçiləri üçün müsabiqədə mükafat kimi təqdim olunacaq.
Müsabiqənin qalibləri iyulun ikinci həftəsində elan olunacaq.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
52
yeniavaz.com

1Источники