RU

4 min illik taxta tikilinin sirri çözüldü

Norfolk sahillərində "Seahenge" adlı 4 min illik taxta tikilinin sirri açılıb.

Teleqraf.com xəbər verir ki, eramızdan əvvəl 3-cü minilliyin sonlarında tikildiyi düşünülən struktur ilk dəfə 1998-ci ildə şimal Norfolk sahilindəki çimərlikdə aşkar edilib.

Bir-birinə yaxın 55 palıd dirəyi ilə əhatə olunmuş ağac gövdəsindən ibarət olan tikili əvvəlcə dənizdən uzaqda olan şoranlıq üzərində qurulmuşdur. Tədqiqatçıların təxminlərinə görə tikili e.ə. 2049-cu ildə inşa edilib.

Bildirilir ki, min illər əvvəl yaranmış torf təbəqəsi taxtaları çürümədən qoruyub. Bundan əlavə, tikiliyə bitişik olan və eyni dövrə aid ikinci halqanın mövcudluğu da aşkar edilib.

Əvvəlki araşdırmalar bu tikililərin bir insanın ölümünün xatirəsinə ucaldıldığı versiyasını ortaya qoyub. Tikilinin ritual xarakteli olduğu da iddia edilir.


Müəllif: Arzu
Избранный
110
teleqraf.com

1Источники