RU

İctimaiyyət Fernando Santuşun təyinatını qəzəblə qarşılaşdı - “Vallah, biz sənə vaxt verəcəyik, sən o qurban olduğumdan vaxt istə”

Dünən ölkəmizin futbol yığmasının yeni baş məşqçisi məlum oldu.

Canni de Byazidən sonra boş qalan posta Fernando Santuş gətirildi. Dünən səhər saatlarında AFFA İcraiyyə Komitəsinin iclasından sonra açıqlanan xəbər sosial şəbəkələri bir-birinə vurdu. Xəbəri eşidər-eşitməz söylənənlər isə daha çox portuqaliyalı məşqçinin 70 yaşa çatmasına, milliyə yenidən əcnəbi mütəxəssisin gətirilməsinə və son iki komandasında qazandığı uğursuz nəticələrə yönəlikdi. Sizi bəzi şərhlərlə tanış edirik:
“Öz Nəbilərimiz olduğu halda, yenidən əcnəbiyə üz tutanda, barı bir az cavanına üstünlük verilərdi. Allahömür versin! Havalar da çox isti keçir”- Tural Xudiyev

“Deyəcək ki, nəticə üçün mənə vaxt verin. Vallah, biz sənə vaxt verəcəyik, sən o qurban olduğumdan vaxt istə”- Alim Cəfər

"Qoca qartal", nə gəzirsən, dağlar qoynunda, qoynunda. İki nəfərə 141 yaş. Hardasa mezolit dövrünə çıxırıq” - Elsəvər Məmmədov

“Milli komandanın yeni baş məşqçisi Fernando Santuş 6 ay əvvəl “Beşiktaş”la illik 4,5 milyon avro məbləğində müqavilə imzalamışdı. Amma 3 aydan sonra yollar ayrıldı. Portuqaliyalı mütəxəssis kompensasiya kimi 500000 avro aldı. “Beşiktaş”ın rəsmi açıqlamasında o da qeyd olunmuşdu ki, baş məçqçi olduğu müddətdə Fernando Santuşa 865.487 avro net (vergisiz) ödəniş edilib. Bax belə” - Asif Bağırov

“AFFA-da rəhbərlik dəyişdi, heç nə dəyişmədi”- Atanur Cəfərli

“Oktyabrda 70 yaşı tamam olacaq, həm gənc, həm də təcrübəlidi. Eyni zamanda perspektivli, uğura ac biridi, günəşli günlər çox yaxındı” - Fərrux Həsənli

“Mister kapitandan başlandı. İndi də 70 yaşlı Santuş gəlir. O yaşda azərbaycanlıya kimsə iş verərmi?” - Vüqar Zeynalov

“Millinin yeni baş məşqçisi Fernando Santuş 2024-cü ilin noyabrında: "Guya mən gələnə qədər Avropa çempionatında oynayırdız" - Şahin Cəfərov

“Azərbaycan millisinin baş məşqçi postunda ikinci Berti Foqts” - Səbuhi Həsənov

“AFFA 70 yaşlı Fernando Santuşla 4 illik müqavilə bağlayıb. Qocanın müqaviləsinin müddəti bitməmiş Əzrail o biri tərəfə transfer etməsə, yaxşıdı” - Elçin Əhmədov

“Millimizin yeni baş məşqçisi Fernando Santuşdur. Bundan sonra bu kişinin rəhbərliyi altında uduzacağıq” - Zülfüqar Savaş

“Fermando Santuşun Azərbaycan millisində əsas köməkçisi müəyyənləşib. O, Kriştiano Ronaldu futbolçu karyerasını bitirənədək Arif Əsadovla çalışacaq” - Elşad Məmmədov

“Gün nə pis xəbərlə başlayıb? Fernando Santuş nə idi?! Berti Foqts sağdı da. Elə onu gətirərdilər. Artıq düşünməyə başlayıram ki, Azərbaycan milli komandası ilə bağlı bir qəsd var. Bir nəfər var. Kimdisə, futbolsevərlərin çəkdiyi əzabdan həzz alır sanki. Bu, onun əyləncəsidi. Başqa ad tapmaq mümkün deyil. Əcnəbi məşqçi... Əcnəbi məşqçi... Onun da ən qurtarmışı. Həqiqətən də beləsini seçmək üçün uzun vaxta ehtiyac var idi. Yoxsa dünya futbolu yenilikçi, gənc məşqçilərlə qaynayır. Normal məşqçini 24 saata tapmaq olardı” - Rəsul Allahverdiyev.

RÖYANƏ OĞUZ

Избранный
160
football-plus.az

1Источники