RU

"Qəbələ" AFFA-nın qərarından narazıdır – Klubun istədiyi məbləğ bu qədər imiş

"Qəbələ" AFFA İcraiyyə Komitəsinin qərarından narazı qalıb.

Prosport.Az-ın xəbərinə görə, söhbət iyunun 3-də keçirilmiş AFFA İcraiyyə Komitəsinin iclasından gedir.

Belə ki, həmin iclasda “Qəbələ” klubuna akademiya və infrastrukturun saxlanılması məqsədilə 1 il müddətinə 700 min manat maliyyə vəsaitinin ayrılması ilə bağlı qərar qəbul edilib. Hamı bu qərara görə AFFA-nı alqışlasa da, bu, "Qəbələ" klubunun rəhbərliyini qane etməyib.

Bizdə olan dəqiq məlumata görə, klub AFFA-ya daha yüksək məbləğdə yardım göstərilməsini təklif edib. Bunun üçün bütün xərclər AFFA-ya təqdim olunub. Klub Futbol Akademiyası üçün təxminən 1,2 milyon manat və stadionlar üçün 300-400 min, ümumilikdə təxminən 1,5 milyon manat pul ayrılmasını istəyib. AFFA isə bu məbləğin təxminən yarısını "Qəbələ" üçün ayırıb.

Daha pisi isə odur ki, artıq klub rəhbərliyi əlavə gəlir mənbəyi tapmasa, ehtiyat stadionlarından bəziləri ilə vidalaşmalı olacaq. Çünki I Liqaya düşən klub stadionları saxlamaq gücündə deyil.

Səbuhi Musa

Избранный
208
prosport.az

1Источники