RU

Küveytdə keçirilən sərgidə Azərbaycan stendi quruldu

Küveyt Dövlət Universitetinin Sabah əl-Səlim tədris korpusunda iyunun 10-13-də “Turizm və Səyahət” adlı sərgi təşkil olunub. Tədbirdə Küveytin müxtəlif sektorlarını təmsil edən yerli qurumlarla yanaşı, ölkədə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri də iştirak ediblər.

Kulis.az xəbər verir ki, sərgidə diplomatik nümayəndəliyimizin dəstəyi ilə Azərbaycan stendi qurulub. Sərgiyə gələnlərə ölkəmizin tarixi, mədəniyyəti, mətbəxi, turizm potensialı barədə məlumat verilib.

Sərgini Küveyt Universitetinin müəllim-tələbə heyəti ilə yanaşı, yerli ictimaiyyətin nümayəndələri də ziyarət ediblər.

Azərbaycan stendində videomateriallar vasitəsi ilə ölkəmizin tarixi-mədəni abidələrinə, gəzməli-görməli yerlərinə virtual səyahət də təşkil olunub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
86
kulis.az

1Источники