RU

AÇ-2024: Münhen stadionu göy qurşağı rənglərində işıqlandırılacaq

AÇ-2024-də yarışın 6 oyununu qəbul edəcək, Münhenin “Alyans Arena”sı iyunun 22-də və 23-də göy qurşağı rənglərində işıqlandırılacaq.

Arena.az bu barədə “RMC Sport” dərgisinə istinadən məlumat verir.

Mənbənin məlumatına görə, Münhendə təşkil ediləcək LGBT-yə dəstək yürüşü zamanı stadion, hərəkatın bayrağının müvafiq rənglərinə boyanacaq. Bu tarixlərdə stadionda heç bir oyun nəzərdə tutulmayıb.

“Münhen futbol arenası”nın (AÇ-2024 zamanı stadionun adı) tələbi ilə 22 və 23 İyunda stadion göy qurşağı rənglərində işıqlandırılacaq. Münhen stadionunun 300 min LED işıqdan ibarət xarici örtüyü idman və ya mədəni tədbirləri işıqlandırmaq üçün rəngini dəyişə bilər”, – UEFA-dakı mənbə bildirib.

Xatırladaq ki, sayca 17-ci Avropa çempionatının final mərhələsi Almaniyada keçiriləcək və düz bir ay – iyunun 14-dən iyulun 14-dək davam edəcək. Yarışın oyunlarına Almaniyanın 10 şəhərinin 10 stadionu ev sahibliyi edəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
30
arena.az

1Источники