RU

Deputatın şirkəti ticarət qaydalarını pozub?

“Dokta” MMC ticarət qaydaları əleyhinə inzibati xəta törətməkdə ittiham edilir. 

Valyuta.az-ın məlumatına görə, şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 452.3-cü (Aptek təşkilatlarına dair tələblərin pozulması) maddəsi ilə inzibati iş başlanıb. 

İşə Nəsimi Rayon Məhkəməsində baxılacaq. 

452.3-cü maddəyə görə vəzifəli şəxslər beş yüz manatdan yeddi yüz manatadək məbləğdə, hüquqi şəxslər min manatdan iki min manatadək məbləğdə cərimə edilir.

Mediada gedən məlumatlara görə, “Dokta” MMC deputat Cavanşir Feyziyevə məxsusdur. 

Hüseyn

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
40
valyuta.az

1Источники