RU

“Bursaspor”, “Union” kimi klublar belə yaşayıb” – “Kəpəz” üçün resept

Bir neçə gün əvvəl “Kəpəz”in azarkeşlərinin kluba dəstək məqsədiylə ianə kampaniyası başlatdığını xəbər vermişdik.

“Football-plus.az” olaraq, hazırda durumun nə yerdə olduğunu, pulun nəyə sərf ediləcəyini öyrənmək istədik. Bu üzdən Gəncə təmsilçisinin sabiq rəsmisi Nofəl Əzizovla danışdıq:
“Ümumiyyətlə, bu ianə kampaniyasının aparılması yaxşı fikirdi. Həm bu kampaniya ölkədə ictimailəşəcək, həm də bilinəcək ki, “Kəpəz”ə kim yardım edir. “Bursaspor”, “Union” kimi klublar belə yaşayıblar. Yəqin ki, gələcəkdə hərəkətlilik olar və kluba sponsor gələr. Hələ ki kampaniyaya qoşulanlar çoxdu. Maliyyə də yavaş-yavaş yığılır, yəni pis deyil. Bakıda, xaricdə, əsasən də Rusiyada yaşayan iş adamlarının da köməyi çoxdu. Məncə, yekunda normal bir nəticəyə nail olacağıq. Çox güman, yardım edənlərdən bir-ikisi seçiləcək və onların da nəzarətiylə həmin pul lazımi istiqamətlərə xərclənəcək”.


KAMAL SƏFƏR
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
92
football-plus.az

1Источники