RU

Nazir İctimai Şuranın üzvləri ilə görüşüb

BAYRAQDAR MEDİA – İyunun 13-də elm və təhsil naziri Emin Əmrullayev nazirlik yanında İctimai Şuranın yeni tərkibi ilə görüşüb.Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Elm və Təhsil Nazirliyinin (ETN) mətbuat xidmətindən daxil olub.Xəbərdə deyilir ki, “görüşdə elm və təhsil sahəsində həyata keçirilən layihələr, görülən işlərin əhəmiyyətindən danışan E.Əmrullayev vurğulayıb ki, 2026-cı ilədək qarşıya qoyulan əsas məqsəd “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”ndan irəli gələn tədbirləri həyata keçirməkdir. Azərbaycanda təhsil sahəsində aparılan islahatlar, müasir infrastrukturun yaradılması, o cümlədən işğaldan azad edilmiş ərazilərdə təhsil müəssisələrinin bərpa edilməsi, əsaslı təmir işlərinin həyata keçirilməsi, yeni elm ocaqlarının yaradılması istiqamətində görülən işlərə xüsusi diqqət çəkən nazir elm və ali təhsil sahəsində vacib addımlar atılacağını bildirib. Nazir elm və təhsil siyasətinin həyata keçirilməsində İctimai Şuranın ictimaiyyət və nazirlik arasında dialoq rolunu oynadığını, şuranın aktiv fəaliyyətinə xüsusi ehtiyac olduğunu vurğulayıb”.Sonra xəbərdə, “İctimai Şuranın sədri Hikmət Əlizadə çıxış edərək təhsil xidmətlərinin rəqəmsallaşdırılması, sertifikatlaşdırma və XXI əsrin təhsil modeli ilə bağlı görülən işlərin əhəmiyyətli olduğunu vurğulayıb. Sədr şuranın ictimaiyyətin rəylərini diqqətə alaraq səmərəli təkliflər hazırlayacağını da əlavə edib. Sonra şuranın digər üzvləri təhsil sahəsində mövcud problemlər, ictimai rəylər və digər məsələlərlə bağlı təkliflərini səsləndiriblər. Görüşdə gələcək nəslin savadlı formalaşdırılmasında müəllimin rolu, təhsil prosesində sosial-emosional öyrənmə modelinin tətbiqi, özəl və dövlət ümumi təhsil müəssisələri arasında əməkdaşlığın qurulması və bir sıra digər konseptual məsələlər ətrafında fikir mübadiləsi də aparılıb” deyə qeyd olunur.Daha sonra nazir İctimai Şuranın yeni tərkibinə təşəkkür edib və onlara gələcək 2 illik fəaliyyətlərində uğurlar arzulayıb.Görüşün sonunda xatirə şəkli çəkdirilib.

Избранный
81
7
bayraqdar.info

8Источники