RU

Naxçıvanda aktiv obyektlərin vergi daxilolmaları 2,1 dəfə ARTDI

Naxçıvan Muxtar Respublikasında 2024-cü il iyunun 1-nə əhali ilə nağd hesablaşmalar aparan aktiv obyektlərin (təsərrüfat subyektlərinin) sayı ilin əvvəli ilə müqayisədə 7,2 faiz artaraq 5709-a çatıb.

Bizim.Media xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib.

Qeyd edilib ki, yanvar–may ayları ərzində həmin obyektlərdən vergi daxilolmaları ötən ilin eyni dövrünə nisbətən 2,1 dəfə və ya 2,3 milyon manat artaraq 4,5 milyon manata yaxın olub.

Bizim.Media

Избранный
27
3
bizim.media

4Источники