RU

NATO ölkələri Kremlin təxribatına cavab olaraq rus casuslarına qarşı daha sərt tədbirlər hazırlayır - Stoltenberq

NATO-ya üzv ölkələr Moskvanın təxribat və kiberhücumlarına cavab olaraq rus casuslarına qarşı daha sərt tədbirlər hazırlayır.

Qaynarinfo xəbər verir ki, bu barədə "Reuters” NATO-nun baş katibi Yens Stoltenberqə istinadən məlumat yayıb.

"Biz bir neçə təxribat, yanğın cəhdləri, kiberhücumlar və dezinformasiya nümunələri gördük”, deyə baş katib bildirib.

O əlavə edib ki, Brüsseldə NATO-nun müdafiə nazirləri "Rusiyanın NATO müttəfiqlərinə qarşı düşmənçilik kampaniyasını nəzərdən keçirəcəklər”.

Onlar həmçinin NATO-nun cavab tədbirləri variantlarını, o cümlədən kritik dəniz və kiber infrastrukturun qorunmasını, həmçinin "Alyans daxilində Rusiya kəşfiyyatçılarına daha sərt məhdudiyyətləri” müzakirə edəcəklər”, - deyə baş katib bildirib.

FT daha əvvəl bildirib ki, Rusiya Qərb ölkələri ilə casus müharibəsini fəal şəkildə yeniləyir və artıq Soyuq müharibə dövründəkindən daha böyük casuslar şəbəkəsi yaradıb. Materialda deyilir ki, Rusiya kəşfiyyat xidmətlərinin prioritetləri tammiqyaslı müharibədən əvvəl olduğu kimi qalıb: məxfi məlumatların oğurlanması, NATO-da fikir ayrılığının artırılması və Ukraynaya dəstəyin zəiflədilməsi. Eyni zamanda, Rusiyanın metodları daha kreativ olub.

Nizami Bağırov
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
42
qaynarinfo.az

1Источники