Braziliyalı vinger Luis Gilyerme karyerasını İngiltərə Premyer Liqasında davam etdirəcək.
Fanat.Az xəbər verir ki, 18 yaşlı futbolçu "Palmeyras"ı "Vest Hem"ə dəyişib.
Məlumatı "çəkicdöyənlər"in rəsmi saytı yayıb. Sözügedən oyunçunun keçidinin sabah - transfer pəncərəsi açılandan sonra tamamlanacağı bildirilib.
Qeyd edək ki, Gilyerme ölkəsinin ən istedadlı gənclərindən hesab olunur. O, "Palmeyras" forması ilə 40 matça çıxıb və çempionluq sevinci yaşayıb.
Nihat