RU

Cərimələrin artırılması nəyi dəyişəcək? - Ekspert

"Bakıda əllillər üçün xüsusi parklama zolaqları mövcud deyil". 

Bunu Qaynarinfo-ya açıqlamasında Aslan Əsədov İnzibati Xətalar Məcəlləsinə dəyişikliklə bağlı təklifləri şərh edərkən deyib. 

Ekspert İXM-də bir neçə bəndə əlavə və dəyişiklik edildiyini bildirib:

"Məsələn, əlilliyi olan şəxslərin nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş parklanma yerlərində digər nəqliyyat vasitələrinin parklanmasına görə 60 manat məbləğində cərimə ödəyəcəklər. Hazırda bu məbləğ 10 manatdır. Bu nə deməkdir? Əgər xüsusi ayrılmış zolağı bir müddətdən sonra heç bir ödəniş etmədən tərk edirsənsə, deməli bu dayanma-durmanın pozulması kimi qiymətləndiriləcək və buna görə cərimələr artırılacaq".

Aslan Əsədov vurğulayıb ki, təkliflərdə maraqlı məsələ əlillər üçün ayrılmış parklanma zonalarına digər şəxslərin daxil olmasıdır:

"Biz bu günə kimi Bakıda əlilliyi olan şəxslər üçün hər hansı parklanma zolağına rast gəlməmişik, varsa da xüsusi bir lövhədə əks olunmayıb. Düşünürəm ki, əlilliyi olan şəxslər üçün ayrılmış zolaqlarla bağlı yaxın günlərdə infastruktur qurulacaq. Cərimələrlə iş yekunlaşmır, infrastruktur formalaşdırılmalıdır".

Ekspert bildirib ki, nəqliyyat vasitəsi ilə ödənişli parklanma yerinə daxil olduqdan sonra parklanma müddətini başlatmayan sürücülər 20 manat məbləğində cərimə olunacaq. Hazırda bu məbləğ 10 manatdır.

Qeyd edək ki, Azərbaycanda parklanma qaydalarının pozulmasına görə cərimələr artırılır. Bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik təklif olunur. Dəyişikliklə nəqliyyat vasitəsinin istifadəçisi tərəfindən nəqliyyat vasitəsi ilə ödənişli parklanma yerinə daxil olduqdan sonra xüsusi proqram təminatı və ya SMS vasitəsilə parklanma müddətinin başladılmamasına, nəqliyyat vasitəsinin parklanmasına görə müəyyən edilmiş ödəniş edilmədən və ya ödəniş edilmiş müddətdən artıq parklanma yerindən istifadə üçün əlavə ödəniş edilmədən parklanma yerinin tərk edilməsinə görə 20 manat məbləğində cərimə ediləcək. 

Bahar Rüstəmli
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
25
qaynarinfo.az

1Источники