RU

Türk lirəsi artıq UCUZLAŞMIR - MƏZƏNNƏ

Türkiyədə dolların lirəyə qarşı olan məzənnəsində üç aya yaxındır ki, ciddi dəyişiklik baş vermir.

 

Sfera.az xəbər verir ki, məzənnə 32-32,5 arasında dəyişir. Son bir ayda isə məzənnə 32,2-32,3 intervalında sabitləşib.

 

Türkiyə əhalisi və biznes sektoru uzun müddət lirənin ucuzlaşmasından əziyyət çəkib. Lirə ucuzlaşdığına görə ölkədə yüksək inflyasiya baş verib, mal və xidmətlərə qiymət qoymaq çətinləşib. Məzənnə sabitliyini daha uzun müddət qorumaq mümkün olsa, bu halda Türkiyədə inflyasiya sürəti azalacaq və əhalinin real gəlirlərində artım baş verəcək.

 

Yerli ekspertlər lirənin məzənnəsinin sabit olmasını mövsümi amillərlə də əlaqələndirirlər. Onların şərhinə görə yaz və yay aylarında Türkiyəyə çoxlu turist gəldiyindən dolların lirəyə qarşı məzənnəsində sabitliyi təmin etmək mümkün olur. Bu yanaşmaya görə sentyabrdan lirə yenidən ucuzlaşacaq və ilin sonuna doğru dolların dəyəri daha bir neçə lirə bahalaşacaq.

 

Vasif

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
66
2
sfera.az

3Источники