RU

Tiflisdən Qərbi qəzəbləndirəcək daha bir addım - doğru, amma...

Gürcüstan hakimiyyəti parlamentə LGBT təbliğatını qadağan edən qanun layihələri paketini təqdim edib. Bu barədə hakim “Gürcü Arzusu” Partiyasının baş katibi Kaxa Kaladze bildirib.

Paket “Ailə dəyərləri və yetkinlik yaşına çatmayanların müdafiəsi haqqında” əsas qanun layihəsindən və Mülki və Əmək məcəllələri də daxil olmaqla, mövcud qanunvericiliyə dəyişiklik edən 18 qanun layihəsindən ibarətdir. Parlamentin spikeri Şalva Papuaşvilinin sözlərinə görə, paket səkkiz əsas məsələni tənzimləyir:

konstitusiyaya görə, Gürcüstanda nikah kişi və qadının birliyidir, bu məqam daha da möhkəmlənəcək;

LGBT təmsilçiləri üçün uşaqların övladlığa götürülməsinə qadağa;

cinsiyyətin dəyişdirilməsi üçün əməliyyatların və hər hansı tibbi prosedurların qadağan edilməsi;

sənədlərdə cinsin göstərilməsi - qeyri-bioloji cinsin göstərilməsi qadağandır;

eynicinsli münasibətləri və ya insestləri təbliğ edən kontentlərin yayımına qadağa;

eynicinsli münasibətləri təşviq etmək məqsədi daşıyan ictimai toplantıların və nümayişlərin qadağan edilməsi;

17 may - Ailə müqəddəsliyi günü olaraq istirahət günü kimi müəyyən edilir.

“Gürcü Arzusu” paketi yaz sessiyasında birinci oxunuşda qəbul etməyi, sonra isə payızda baxılmağa davam etməyi planlaşdırır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
103
aznews.az

1Источники