RU

"Meymun çiçəyi"ndən ölənlərin sayı ARTDI

Cənubi Afrikada "Meymun çiçəyi" virusundan ölənlərin sayı 2-yə yüksəlib.

 

Sfera.az xəbər verir ki, bu barədə Cənubi Afrika Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, baş ağrısı, halsızlıq, əzələ və boğaz ağrısı şikayətləri ilə dünən xəstəxanaya müraciət edən və analizləri müsbət çıxan 38 yaşlı xəstə elə həmin gün dünyasını dəyişib.

 

Belə ki, bu virusdan ölənlərin sayı 2-yə, yoluxma sayı isə 6-ya yüksəlib.

 

Xatırladaq ki, çiçək xəstəliyinə bənzəyən "Meymun çiçəyi" virusuna yoluxmuş xəstələrdə yüksək hərarət, baş, bel və əzələ ağrıları, titrəmə və dəri səpgiləri kimi simptomlar müşahidə olunur.

 

Asya

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
32
2
sfera.az

3Источники