RU

Şəhidin ailə üzvləri ev növbəsinə dura biləcək - Komitə sədri

Bundan sonra şəhidin həyat yoldaşı vəfat etdiyi halda, onun ailə üzvləri də mənzil növbəsinə dayanmaq hüququndan istifadə edə biləcək. Bunu Milli Məclisin əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.  
 
"Bir necə müddət bundan öncə qazilərlə bağlı belə bir problem ortaya çıxmışdı əgər Qarabağ qazisi növbədə olarkən dünyasını dəyişirdisə onun ailə üzvləri həmin növbədən avtomatik çıxarılırdı. Qanundakı boşluğu aradan qaldırdıq. Onların bütün ailə üzvlərinə şamil olundu ki, qazi həyatdadrsa və ya ölübsə onun ailə üzvü mənzil növbəsi ilə təmin olunsun. Eyni prosesi biz indi bir neçə hallarda şəhid ailələri ilə də müşahidə etdik. Artıq proses sona çatıb. Qanun bizə daxil olubdur. Bir cümlədən ibarət qanun layihəsi onlarla şəhid ailəsinin üzləşdiyi problemin aradan qaldıracaq. Şəhidin həyat yoldaşı dünyasını dəyişirsə şəhidin övladları o status yaşından keçibsə onlar onda həmin mənzil növbəsində iddialı ola bilmirdilər. Bundan sonra bu məsələ də öz həllini tapacaq", - komitə sədri bildirib. 
 
Musa Quliyev bildirib ki, şəhid ailələri və qazilərin böyük bir qismi artıq evlə təmin olunub. Yaxın bir il və bir il yarım ərzində bu proses tam yekunlaşacaq. 
 
Sədr vurğulayıb ki, bu kateqoriyadan olan 15 min şəxsə ev verilib. 
 
Gülnar Nazimqızı 

www.anews.az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
100
14
anews.az

10Источники