Birləşmiş Ştatlar Çinə birtərəfli sanksiya təzyiqlərini dərhal dayandırmalıdır.
Bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Lin Jian məlumat verib.
O, brifinqdə Çin şirkətlərinə qarşı sanksiyaların son raundunu şərh edərkən, “Biz təkid edirik ki, Birləşmiş Ştatlar qeyri-qanuni birtərəfli sanksiyalardan sui-istifadə etməyi dərhal dayandırsın”.
Bundan əlavə, Lin Jian Çinin şirkətləri və sahibkarları qorumaq üçün bütün lazımi tədbirləri görəcəyini bildirib.