RU

"Azərbaycan Dəmir Yolları" tranzit yük daşımalarını artırıb

2024-cü ilin əvvəlindən "Azərbaycan Dəmir Yolları” (ADY) QSC 3,5 milyon ton tranzit yük daşıyıb. bu, ötən ilin eyni dövrü ilə müqayisədə 0,3 milyon ton və yaxud 9,3 % çoxdur.  Bunu "Report”a açıqlamasında səhmdar cəmiyyətinin sədri Rövşən Rüstəmov bildirib.

"Biz ötən il 7 milyon tona yaxın tranzit yük daşımışıq, bu il üçün proqnoz 8 milyon tondur", - sədr qeyd edib.

ADY-nin ötən il daşıdığı 18,3 milyon ton yükün 3,3 milyon tonu daxili, 8,1 milyon tonu isə beynəlxalq daşımalara aid olub.
 
Cari ilin birinci rübündə "Azərbaycan Dəmir Yolları” QSC (ADY) 1,8 milyon tondan çox tranzit yük daşıyıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 11% çoxdur.
 
Son 1 ildə ADY-nin ölkə daxilində yükdaşımaları isə 6 % artaraq 0,8 milyon tonu keçib.

Yanvar-martda dəmir yolu müəssisəsi ümumilikdə 4,4 milyon tondan çox yük daşınıb.
 
Mayın 9-10-da Ankarada keçirilmiş Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM) iclası çərçivəsində 5 milyon 350 min ton yükün Azərbaycan üzərindən tranzit daşınması sifarişi verilib.
 
Aytac Zeynalova

www.anews.az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
61
50
anews.az

10Источники