RU

AK Parti nümayəndə heyəti Azərbaycana gəlir - Şuşada tədbir olacaq

Bu gün Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AK Parti) nümayəndə heyəti Azərbaycana səfərə gələcək.

Bu barədə "Report"a Türkiyə-Azərbaycan Parlamentlərarası dostluq qrupunun rəhbəri, türkiyəli milət vəkili Şamil Ayrım məlumat verib.

O bildirib ki, səfər Yeni Azərbaycan Partiyasının dəvəti əsasında həyata keçiriləcək:

"Səfər çərçivəsində nümayəndə heyəti Şəhidlər və Fəxri xiyabanları, “Türk şəhidliyi” abidəsini ziyarət edəcəklər. Daha sonra AK Parti nümayəndə heyəti Şuşaya səfər edəcək. Orada 2021-ci il iyunun 15-də Azərbaycan və Türkiyə arasında Şuşa şəhərində imzalanmış müttəfiqlik münasibətləri haqqında Şuşa bəyannaməsinin növbəti ildönümü ilə bağlı təşkil olunacaq tədbirdə iştirak edəcəklər".

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
75
4
hit.az

6Источники