RU

Muzdla işləyənlərin sayının artırılması üçün maarifləndirməyə ehtiyac var - Deputat

Azərbaycan muzdlu işçilərin sayına görə MDB məkanında geri qalan ölkələr siyahısındadır. Bunu deputat Ziyad Səmədzadə deyib. 


"Məşğul olan əhalinin təkimilləşdirilməsi lazımdır. Daha öncədə demişəm ki, biz MDB məkanında bu məsələdə geri qalırıq. Bunun da obyektiv səbəbləri var. Yaxın gələcəkdə bu faizləri onsuz da qaldırmaq mümkün olmayacaq. Amma yeni iş yerlərinin artırılmasına ehtiyac var. Kənd təsərrüüfatı sahəsində bu məsələyə ciddi yanaşlamıyıq. Muzdlu işçilərinin sayının artırılması istiqamətində ciddi maarifləndirməyə ehtiyac var”, - deputat iyunun 13-də Milli Məclisin əmək və sosial siyasət komitəsində bildirib. 


Deputat bundan əvvəl də muzdlu işçilərinin sayının artırılması istiqamətində bir sıra təkliflər verib. 


Hazırda Dövlət Statistika Komitəsinin son hesabatına görə muzdla işləyənlərin sayı 35,5% təşkil edir.
 
Gülnar Nazimqızı

www.anews.az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
3
anews.az

1Источники