RU

Dünyada məcburi köçkünlərin sayı 120 milyona çatır

Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı (UNHCR) öz hesabatında dünya üzrə məcburi köçkünlərin sayının 120 milyona çatdığını və Suriyanın ən çox təsirlənən ölkələrdən biri olduğunu açıqlayıb.

Editor.az xəbər verir ki, bu bərədə “Məcburi köçkünlükdə qlobal tendensiya”nın 2024-cü il dərc edilmiş hesabatında bildirilib. Birləşmiş Millətlər Təşkilatı, məcburi köçkünlükdə 12 il ardıcıl artım olduğunu bildirib və keçən ilki rəqəmlərin dünya miqyasında tarixi yeni səviyyələrə çatdığını qeyd edib. Ümumi sayının 2024-cü ilin may ayı etibarilə 120 milyona çatdığı bildirilən hesabatda Sudan, Qəzza və Myanmada davam edən qarşıdurmaların yeni köçkünlərə səbəb olduğu və bunlara təcili həll yollarının tapılmasının lazım olduğu vurğulanıb. Köçürülmə hallarının artmasının yeni və uzun illərdir davam edən böhranların həllində “uğursuzluğu” əks etdirdiyi vurğulanıb, dünyanın bu vəziyyət qarşısında laqeydliyinə və qarşı xəbərdarlıq edilib.

Hesabatda qeyd edilib ki, məcburi köçkünlərin sayı dünyada əhalisinin sıx məskunlaşdığı 12-ci yerdə olan Yaponiyaya bərabərdir. Köçkünlük rəqəmlərinin artmasına ən böyük töhfənin Sudanda davam edən dağıdıcı qarşıdurmaların olduğu bildirilib və 2023-cü ilin aprelindən bu yana 7,1 milyondan çox insanın ölkə daxilində didərgin düşdüyü, 1,9 milyon sudanlının isə qonşu ölkələrə köçdüyü bildirilib.

//Gülnarə Abasova, Editor.az

Избранный
75
2
editor.az

3Источники