RU

Bakıda “Təhsil” sessiyası keçirilib

İyunun 12-də Bakıda keçirilən Azərbaycan–BƏƏ Nazirlərinin Təcrübə Mübadiləsi Forumu çərçivəsində Azərbaycan Respublikası və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) aidiyyəti dövlət qurumlarının iştirakı ilə sessiyalar təşkil olunub.  
 

 

AzEdu.az xəbər verir ki, Forumun ikinci günündə keçirilən “Təhsil” sessiyasında elm və təhsil nazirinin müavini Həsən Həsənli və “Emirates Schools Establishment”in baş direktoru Mohammed Əl Qasimin rəhbərlik etdiyi nümayəndə heyətlərinin iştirakı ilə müzakirələr aparılıb.


 

Müzakirələr zamanı iki ölkə arasında təhsil sahəsində əməkdaşlığın cari vəziyyəti və bundan sonrakı dövr üçün nəzərdə tutulan fəaliyyətlərə dair fikir mübadiləsi aparılıb.

 

 
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
44
azedu.az

1Источники