RU

Goranboyda 14 yaşlı oğlanın başına mişar daşı düşdü

Goranboyda 14 yaşlı oğlan bədbəxt hadisə nəticəsində həyatını itirib.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, rayonun Nadirkənd kəndində 2010-cu il təvəllüdlü Aydın Abbasovun həyətdə işləyərkən başına mişar daşı düşüb. 

O, aldığı xəsarətdən hadisə yerində dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.


Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

Избранный
115
bizim.media

1Источники