RU

İki rusiyalı biznesmen həbs edildi – SƏBƏB

Xabarovskda miqrantların qanunsuz leqallaşdırılmasına görə 41 yaşlı iki iş adamı saxlanılıb.

KONKRET.az xəbər verir ki, Aleksandr Sizintsev və Denis Belyayev ən azı 26 Qırğızıstan vətəndaşının leqallaşdırılmasında ittiham olunur. Ancaq reallıqda söhbət yüzlərlə, hətta minlərlə insandan gedir. Qırğızlar qalma müddətinin uzadılması üçün, özbəklər və taciklər isə patentin iki il müddətinə uzadılması üçün iş adamları ilə müqavilələr imzalayıb.

Saxlanılan şəxslərin mənzillərində və ofislərində axtarışlar aparılıb.

Bu arada Amur vilayətində polis 100-dən çox miqrantı qondarma qeydiyyatdan keçirən tikinti şirkətlərindən birinin baş direktorunu həbs edib.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Избранный
112
konkret.az

1Источники