İtaliyalı məşqçi Cennaro Qattuzo Xorvatiyada çalışacaq.
QOL.az xəbər verir ki, 46 yaşlı mütəxəssis "Hayduk"un baş məşqçisi təyin edilib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Qattuzo Split təmsilçisi ilə illik müqavilə imzalayıb.
Qeyd edək ki, Qattuzo son olaraq "Marsel"i çalışdırıb.