RU

Nazir: Sahibsiz itlərə qarşı tədbir görülməsi zərurətini gözardı etmək olmaz


Türkiyə səhiyyə naziri Fahrettin Koca sosial media hesabındakı paylaşımında sahibsiz itlərlə bağlı açıqlama verib.
Sherg.az xəbər verir ki, nazir  bildirib ki, quduzluq hallarının artmasına və bir çox başqa ciddi problemlərə və travmaya səbəb olan sahibsiz itlərə qarşı alınacaq tədbirlərin məqsədi onların tək bir uşağa və ya bir nəfərə zərər verməməsini təmin etməkdir.

Çöldə həyatın etibarlı olması lazım olduğunu deyən nazir sözlərini belə davam etdirdi:

"Arzu etdiyim budur ki,  onlara yaşamaq hüququnun verilməsidir. Artıq mövcud qanunda sahibsiz itlər üçün evtanaziyanın hansı şərtlərdə tətbiq ediləcəyi göstərilir. Bizim insan sağlamlığına dair mütləq prioritetimiz heç bir etiraza icazə vermir. Sahibsiz itlərə qarşı tədbir görmə zərurəti göz ardı edilə bilməz

Böyüyən problemə qarşı tətbiq olunacaq yol və üsul elmi cəhətdən müəyyən edilmiş və sivil olmalıdır. Biz canlı varlığa yaşamaq hüququ verməyə çalışmalıyıq, bir şərtlə ki, müvafiq şərait yaradılsın. Bəzən lazım olanla ürəyimizin istədiyi şeylər bir-birinə uyğun gəlməyə bilər. Bu da faktdır”.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
60
sherg.az

1Источники