RU

Binəqədidə qısaqapanma səbəbindən yanğın baş verib

Bakının Binəqədi rayonunda elektrik naqillərində qısaqapanma səbəbindən yanğın baş verib.

APA xəbər verir ki, hadisə Biləcəri qəsəbəsi, Məlik Aslanov küçəsində qeydə alınıb.

Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikası əraziyə cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğının genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Hadisə nəticəsində elektrik naqilləri yanaraq yararsız vəziyyətə düşüb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
65
apa.az

1Источники