RU

“Hollandiya Kiyevə F-16-ları bu yay verəcək” – Müdafiə naziri 

“Hollandiya bu yay F-16 qırıcılarını Ukraynaya təhvil verməyi planlaşdırır”.

KONKRET.az xəbər verir ki, krallığın müdafiə naziri Kaysa Ollonqren belə deyib.

Onun sözlərinə görə, infrastruktur və texniki heyətin hazırlanması tərəflərin razılaşdırdığı plana uyğun olaraq aparılır.

Eyni zamanda Ollonqren etiraf edib ki, F-16-lar münaqişənin gedişatını dəyişməyəcək.

“Müharibədə bir silah gedişatı dəyişə bilməz. Bu tədricən baş verəcək. Ukraynanın hava qüvvələri əhəmiyyətli dərəcədə güclənəcək, amma bu dərhal olmayacaq”, – deyə nazir vurğulayıb.

Burhan,

KONKRET.az

Избранный
110
1
konkret.az

2Источники