RU

İrəvanda müxalifətin mitinqində onlarla insan saxlanılıb…

İrəvanın mərkəzində müxalifətin mitinqləri davam edir. Çərşənbə günü polis azı 90 etirazçını saxlayıb. BBC-nin hesablamalarına görə, parlament binasının qarşısındakı meydana bir neçə min insan toplaşıb. Polis etirazçılara qarşı səs-küylü qumbaralardan istifadə edir.

SİA-nın əldə etdiyi məlumata görə, Ermənistan Səhiyyə Nazirliyi azı 55 nəfərin xəsarət aldığını bildirir.

Ermənistanda itaətsizlik aksiyaları bir neçə həftədir ki, səngimir. Nümayişçilər Ermənistanın hazırkı baş naziri Nikol Paşinyanın və onun hökumətinin istefasını tələb edirlər. Onların əksəriyyəti “Vətən uğrunda Tavuş” hərəkatının tərəfdarlarıdır. Onlar baş nazir postuna yeni namizəd kimi hərəkatın lideri arxiyepiskop Baqrat Qalstanyanı təklif edirlər.

Çərşənbə günü axşam hökumətin iclası zamanı etirazçılar parlament binasının ətrafındakı hasarları sökməyə başlayıb, girişi yarmağa cəhd ediblər. Buna cavab olaraq polis nümayişi dağıtmağa başlayıb.

Ermənistan İstintaq Komitəsi saxlanılanlara qarşı kütləvi iğtişaşlar maddəsi ilə cinayət işinin başlandığını elan edib.

Əli Babayev

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
66
sia.az

1Источники