RU

“Latsio” Luis Albertonu “Əl-Duhail”ə satdı - Rəsmi

“Latsio” ispan mərkəz yarımmüdafiəçisi Luis Albertonu Qətərin “Əl-Duahil” klubuna tamhüquqlu əsasda transfer etdiyini açıqlayıb.

Arena.az bu barədə İtaliya klubunun mətbuat xidmətinə istinadən məlumat verir.

Bu keçid A Seriyası təmsilçisinə 11 milyon avro məbləğində qazanc gətirib. Əvvəllər, “Latsio”nun Luis Albertonun keçidi müqabilində 25 milyon avro məbləğ tələb etdiyi haqda məlumat vardı. Transferin digər təfərrüatı isə açıqlanmayıb.

Luis Alberto “Sevilya”nın yetirəmsidir. Yarımmüdafiəçi “Sevilya” ilə yanaşı “Barselona”nın “B” komandasında, “Liverpul”, “Malaqa”, “Deportivo La-Korunya”da oynayıb. “Latsio” Luis Albertonu 2016-cı ilin avqustunda 7,60 milyon avro məbləğ müqabilində “Liverpul”dan heyətinə qatıb.

Geridə qalmış 2023/2024-cü illər mövsümündə Luis Alberto “Latsio”nun heyətində bütün yarışlarda 44 oyuna 5 qol, 11 məhsuldar ötürmə ilə fərqlənib. İspan yarımmüdafiəçinin “qartallar”ın heyətində çıxışının ümumi mənzərəsi isə belədir: 307 oyun, 52 qol, 79 məhsuldar ötürmə.

Luis Alberto 2017-ci ilin noyabrında debüt etdiyi İspaniya yığmasının heyətində elə, 1 oyun keçirib, məhsuldar fəaliyyəti ilə yadda qalmayıb.

Luis Albertonun böyük futbolda qazandığı 3 kubokun hamısı “Latsio”nun uğurları ilə üst-üstə düşür: İtaliya Kuboku (2018/2019) və İtaliya Super Kuboku (2017/2018, 2019/2020).

“Transfermarkt” internet-portalı 31 yaşlı ispan yarımmüdafiəçinin transfer dəyərini 11 milyon avro məbləğində qiymətləndirir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
55
arena.az

1Источники