RU

Qubada “Oxu bayramı” adlı tədbir keçirilib.

12 iyun 2024-cü il tarixdə Quba Rayon İcra Hakimiyyətinin, Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin və Quba rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin birgə təşkilatçılığı ilə Bəşir Səfəroğlu adına Quba rayon Mədəniyyət Mərkəzinin qarşısında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101 illiyi və ölkəmizdə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan olunmasına həsr olunmuş “Oxu bayramı” adlı tədbir keçirilmişdir.

Tədbirdə Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov, Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəhbərliyi, Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatının sədri, Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, şəhid ailələri, rayon ictimaiyyətinin nümayəndələri və gənclər iştirak etmişdir.

Tədbir iştirakçıları sərgidə nümayiş olunan kitablarla və mədəniyyət nümunələri ilə tanış olmuş, sonra isə tədbir rəsmi və bədii hissə ilə davam etmişdir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
87
xalq.az

1Источники