RU

Ukraynaya silah tədarükü NATO ölkələri üçün məcburi olacaq

NATO-nun baş katibi Yens Stoltenberq bildirib ki, Ukraynaya silah tədarükü NATO ölkələri üçün məcburi olacaq.

32gun.az bildirir ki, onun açıqlamasını TASS yayıb.

O, Vaşinqtonun altı aydır Ukraynaya əlavə yardımı koordinasiya etdiyini xatırladıb və qeyd edib ki, alyansın bütün ölkələri Kiyevi silahla təmin etmir.

Əgər biz bunu könüllü tədarükdən NATO qarşısında öhdəliyə çevirsək, təbii ki, tədarük daha böyük və etibarlı olacaq” deyib.

Onun sözlərinə görə, bu halda alyansın komanda strukturundan və ümumi maliyyələşmədən istifadə olunacaq. O qeyd edib ki, Ukraynada silahlı münaqişə nə qədər uzun davam edərsə, NATO üçün “proqnozlaşdırıla bilən, cavabdehlik və xərclərin ədalətli bölüşdürülməsi” bir o qədər vacibdir.

Bundan əvvəl Stoltenberq bildirib ki, alyansın müdafiə nazirləri iyunun 13-də keçiriləcək iclasda Ukraynaya ildə 40 milyard dollar dəyərində silah ayrılması planını təsdiq edəcəklər. NATO-nun baş katibi vurğulayıb ki, alyans üzvləri Ukraynaya hər il 40 milyard dollar hərbi yardım göstərməlidir. O qeyd edib ki, “zəruri olduğu qədər bu minimumu saxlamaq” lazımdır.
Ayxan

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
85
43
32gun.az

10Источники