RU

FED faiz dərəcələrini sabit saxladı

FED faiz dərəcələrini sabit saxladı

ABŞ Federal Ehtiyat Sistemi (FED) siyasət faizini gözləntilər daxilində dəyişməyərək, son 23 ilin ən yüksək səviyyəsi olan 5,25-5,50 faiz səviyyəsində saxlayıb.FED-in verdiyi açıqlamaya görə, faiz dərəcəsinin sabit saxlanılması qərarı yekdilliklə qəbul edilib.Açıqlamada Federal Açıq Bazar Komitəsinin (FOMC) uzunmüddətli perspektivdə maksimum məşğulluq və 2 faiz inflyasiya əldə etməyi hədəflədiyi bildirilib.Komitənin məşğulluq və inflyasiya hədəflərinə çatma risklərinin keçən il daha yaxşı bir tarazlığa doğru irəlilədiyi, iqtisadi görünüşün qeyri-müəyyən olduğu və inflyasiyaya qarşı son dərəcə diqqətli olmağa davam edəcəkləri fikrində olduğu bildirilib.Açıqlamaya görə, hədəfləri dəstəkləmək üçün federal fondların faiz dərəcələri üçün hədəf aralığının sabit 5,25-5,50 faiz səviyyəsində saxlanmasına qərar verilib.Mənbə: AA

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
70
31
afn.az

10Источники