Ermənistan parlamentinin binası qarşısında baş verən polislə etirazçılar arasında qarşıdurma nəticəsində 55 nəfər xəsarət alıb.
Bizim.Media xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
“Ermənistan parlamentinin binasından 7 nəfər təcili tibbi yardım maşını ilə Heratsi Universitetinin xəstəxanasına aparılıb”, - deyə məlumatda qeyd edilib.
Həmçinin bildirilib ki, bu say ilkin məlumatlara əsaslanıb və etirazlar davam etdiyindən xəsarət alanların sayının artacağı istisna edilmir.
Bizim.Media
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта