RU

ABŞ-da inflyasiya ötən ay dəyişməz qalıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ-da inflyasiya ötən ay dəyişməz qalıb.

Banco.az xəbər verir ki, ABŞ Əmək Nazirliyi may ayı üzrə istehlak qiymətləri məlumatlarını açıqlayıb.

Məlumatlar göstərir ki, may ayında istehlak qiymətləri ötən aya nəzərən dəyişməz qalıb. Ekspertlər 0,1 faiz artım gözləyirdilər.

Ölkənin istehlak qiymət indeksi may ayında illik müqayisədə isə 3,3 faiz artıb. Proqnozlar 3,4 faizlik artıma işarə edirdi.

Ölkədə dəyişən enerji və ərzaq qiymətlərini nəzərə almayan baza inflyasiya may ayında aylıq 0,2 faiz, illik isə 3,4 faiz artıb. Proqnozlar aylıq 0,3 faiz, illik 3,5 faiz artım istiqamətində idi.

Ən sərfəli kredit üçün müraciət et

Избранный
111
banco.az

1Источники