"Milan" yaxın günlərdə yeni baş məşqçisinin adını ictimaiyyətə açıqlayacaq.
Fanat.Az xəbər verir ki, məlumatı tanınmış insayder Fabritsio Romano yayıb.
Mənbə "qırmızı-qaralar"ın son iş yeri "Lill" olan Paulo Fonseka ilə 2 illik müqavilə imzalayacaqlarını vurğulayıb. Sözügedən mütəxəssisin hər mövsüm üçün 2,5 milyon avro maaş alacağı bildirilib.
Qeyd edək ki, son mövsümdə A Seriyasında 74 xalla ikinci yeri tutan "Milan" Stefano Pioli ilə yollarını ayırıb.
Nihat