RU

“Şamaxı” “Sabah”ın futbolçusunu heyətinə qatdı

Bir illik fasilədən sonra yenidən Premyer Liqaya qayıdan "Şamaxı" heyətini daha bir futbolçu ilə gücləndirib. 

Bizim.Media xəbər verir ki, bölgə təmsilçisi "Sabah"dan Rauf Rüstəmlinin keçidini həll edib. 20 yaşlı dayaq yarımmüdafiəçisi növbəti mövsümdə "şirlər"in uğurları üçün çalışacaq.

Rauf Rüstəmli "Qəbələ"nin yetirməsidir. Gənc oyunçu başa çatan mövsümdə "Sabah"ın heyətində 2 Premyer Liqa matçında meydana çıxıb.
Qeyd edək ki, "Şamaxı" daha əvvəl "Zirə"dən ayrılan İlkin Muradovu rənglərinə bağlayıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

Избранный
101
2
bizim.media

4Источники