Müəllif: Tamara Mustafayeva, Banco.az
Avropa İttifaqı (Aİ) Çinin elektromobillərinə əlavə vergi tətbiq edəcək.
Banco.az xəbər verir ki, Avropa İttifaqı (Aİ) Çində istehsal olunan elektrik avtomobillərinə 17,4 faizdən 38,1 faizə qədər əlavə gömrük rüsumları tətbiq edəcəyini açıqlayıb.
Qlobal ticarət müharibəsini qızışdıracaq bu vəziyyət Çinin “BYD” markasından ABŞ-ın “Tesla”sına qədər şirkətlərin Avropada avtomobil satış xərclərini artıracaq.
Komissiyanın cümə axşamı yaydığı məlumatda deyilir ki, yeni qərarla “BYD”yə vergilərin 17,4 faiz, “Geely”ə 20 faiz, “SAIC”ə isə 38,1 faiz olacaq.