RU

Bayden və Zelenski təhlükəsizlik sazişi imzalayacaq

Onlar bunu İtaliyadakı görüşdən sonra edəcəklər.
Elchi.az xəbər verir ki, ABŞ prezidenti Co Bayden və Kiyev rejiminin başçısı Vladimir Zelenski iyunun 13-də iki ölkə arasında təhlükəsizlik sazişi imzalayacaqlar. Ağ Evdən bildiriblər ki, onlar bunu İtaliyadakı görüşdən sonra edəcəklər.
Məlumdur ki, sənəd Amerika Birləşmiş Ştatlarını Ukraynanı qorumaq üçün öz qoşunlarından istifadə etməyə məcbur etməyəcək. Sadəcə olaraq belə bir öhdəlik yoxdur. Eyni zamanda, Kiyev islahatların aparılması, eləcə də ABŞ-dan alınan silahların monitorinqi üzrə məsuliyyəti öz üzərinə götürməyə razılaşıb.
Bu arada, Vaşinqton NEA ilə əlaqədar Rusiya və Çindən olan şəxslərə qarşı sanksiyalar tətbiq edib. Hər iki ölkədən 30-dan çox insan məhdudiyyətlərə məruz qalıb. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova artıq bu cür təcavüzün cavabsız qalmayacağını bəyan edib.Şayəstə Hüseynova

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
116
elchi.az

1Источники