RU

Mbappe AÇ-2024 haqda: “Çox mürəkkəb yarışdır”

Fransa yığmasının və “Real”ın ulduz hücumçusu Kilian Mbappe “xoruzlar”ın gücünü qiymətləndirib, AÇ-2024-lə bağlı gözləntilərini paylaşıb.

Arena.az “Footmercato” dərgisinin “Sport Bild” nəşrinə istinadı əsasında, fransalı ulduzun bu barədə fikirlərini təqdim edir:

“Bizim çox güclü komandamız var, bunu hamı bilir, bunu hər dəfə təkrarlamağa ehtiyac yoxdur. Biz Almaniyaya böyük iddialarla, həm də böyük təvazökarlıqla gəlirik. Son dünya çempionatının finalında məğlub olduq. Avropa çempionatı həm taktika baxımından, həm də oyunun tezliyi baxımından çox mürəkkəb yarışdır. Bütün komandalar bir-birini demək olar ki, əzbər tanıyırlar. Bu, işləri çox çətinləşdirir. Biz bunu artıq 2021-ci ildə yaşamışıq”, deyə Mbappe vurğulayıb.

Xatırladaq ki, 2024-cü il Avropa çempionatının final mərhələsi Almaniyada keçiriləcək və düz bir ay – iyunun 14-dən iyulun 14-dək davam edəcək. Yarışın oyunlarına Almaniyanın 10 şəhərinin 10 stadionu ev sahibliyi edəcək.

Yarışda Fransa yığması Niderland, Avstriya və Polşa yığmalarının yer aldığı “D” qrupunda mübarizə aparacaq.

Избранный
186
arena.az

1Источники