RU

Ukrayna üzrə İsveçrədə keçiriləcək Qlobal Sülh Sammitində iştirak edənlərin sayı azalıb

"Sammitə əvvəlcədən Avropa İttifaqı, G20 və digər ölkə və təşkilatlardan 160-dan çox nümayəndə heyəti dəvət edilib..."
 
Ukrayna üzrə sülh sammitində iştirak edəcək ölkə və təşkilatların sayı 93-dən 78-ə azalıb.
 
Moderator.az xəbər verir ki, bu barədə "Azadlıq Radiosu"nun Ukrayna xidməti Avropa İttifaqı ölkələrinin bir neçə diplomatına istinadən məlumat verib.
 
Həmsöhbətlər sammitdə iştirak etmək qərarına yenidən baxan hansı ölkələr və təşkilatların adlarını dəqiqləşdirməyib. Bu zaman diplomatlardan biri deyib ki, bu siyahı artırıla bilər.
 
Eyni zamanda digər mənbə iştirakçıların sayı ilə bağlı nikbinliyini ifadə edərək qeyd edib ki, "sammitədək hələ bir qədər zaman var".
 
Ukrayna üzrə Qlobal Sülh Sammiti iyunun 15-16-da İsveçrənin Bürgenştok şəhərində keçiriləcək. 
 
Tədbirdə Ukrayna prezidenti Vladimir Zelenskinin sülh düsturundan üç bəndinin müzakirə edilməsi planlaşdırılır.
 
Bunlar atom elektrik stansiyalarının təhlükəsizliyi, bütün hərbi əsirlərin azad edilməsi və Rusiyaya deportasiya edilən uşaqların qaytarılmasıdır.
 
Sammitə əvvəlcədən Avropa İttifaqı ölkələri, "Böyük İyirmilik" və digər ölkə və təşkilatlardan  160-dan çox nümayəndə heyəti dəvət edilib. 
 
KİV-lərin məlumatına görə, Cənubi Afrika Respublikası, Braziliya və Səudiyyə Ərəbistanı sammitdə iştirak etməkdən imtina edib. 
 
Rusiya sammitə dəvət edilməyib, hər halda bəyan edib ki, İsveçrə XİN-dən dəvət almasa, tədbirə qatılmayacaq və sammitdə Rusiyanın iştirak etməsinin vacibliyini vurğulayıb. Ukrayna, təbii ki, bunun əleyhinə olub.
 
İsveçrə prezidenti Viola Amherd iyunun 10-da məlumat verib ki, 80 ölkə və 10 təşkilat sammitdə iştirakını təsdiq edib.
 
Yaponiyanın NAK telekanalı məlumat verib ki, hazırlanan birgə bəyanatda Rusiya qoşunlarının Ukrayna ərazisindən çıxarılması bəndi olmayacaq.
 
Kanalın mənbəsinin məlumatına görə, bu bənd Rusiya ilə əlaqələri olan Asiya və Yaxın Şərq ölkələrinin sammitdə iştirakı səbəbindən çıxarılıb.
 
Bundan öncə məlumat verilib ki, Ukrayna prezidenti Vladimir Zelenski bəyan edib ki, İsveçrə sammitinə Ukraynanı dəstəkləyən və dəstəkləməyən bütün ölkələr dəvət edilib.
 
"Bizdə ikili standartlar yoxdur. Məhz buna görə də kimsənin xoşuna gəlib-gəlməməsindən asılı olmayaraq, biz həm Fələstini, həm də İsraili dəvət etmişik", - o, bəyan edib.
 
Zelenski vurğulayıb ki, Ukrayna müharibənin başa çatması ilə bağlı hər kəsin fikrini dinləməyə hazırdır. O zaman Zelenskinin sözlərinə görə, 106 ölkə sammitdə iştirakını təsdiq edib.
Избранный
96
34
moderator.az

10Источники