"Kəpəz" futbolçusu Yeqor Xvalko ilə yeni müqavilə bağlayıb.
QOL.a klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, belaruslu müdafiəçi daha 1 il Gəncə təmsilçisində oynayacaq.
Qeyd edək ki, 27 yaşlı futbolçu 2022-ci ildən "Kəpəz"in şərəfini qoruyur.