RU

Qurban bayramı ərəfəsində ət NƏ QƏDƏR BAHALAŞIB?VİDEO

 

Qurbansız bayram olmaz, baha qiymətə qarınlar doymaz...

Xezerxeber.az xəbər verir ki, paytaxt sakinləri Qurban bayramı ilə əlaqədar ətin və xırda buynuzlu heyvanların qiymətlərindən şikayətçidirlər.

Qəssablar da qiymətlərlə bağlı sakinlərlə həmfikirdirlər.

Bölgələrdə də heyvan saxlayan təsərrüfatçılar ətin qiymətinin ötən ilə nisbətən bahalaşdığını bildirirlər. Belə ki, hazırda İsmayıllıda 1kiloqram diri quzunun qiyməti 8-10, quzu ətinin qiyməti isə 17-19 manat arasında dəyişir.

Zaqatalada da vəziyyət eynidir. Fermerlər diri heyvanların qiymətlərinin çəkisinə, yaşına, yağlılığına görə dəyişdiyini bildirirlər.

İqtisadçı Xalid Kərimli bildirir ki, bu il xırda buynuzlu heyvanların sayı ötən ilə nisbətən təxminən 10 faiz azalıb. O, bunun səbəbini insanların daha çox əkinçiliyə olan marağında görür. Iqtisadçı bu il havaların qeyri-sabit keçməsinin otlaq sahələrinin azalmasına və bunun da yemin qiymətinin bahalaşmasına səbəb olduğunu qeyd edir.

Xalid Kərimli  həmçinin bir neçə il öncə təşkil olunan yarmarkaların fermerlərə az faydalı olduğunu düşünür.

İqtisadçı hesab edir ki, fermerlərə öz məhsullarını bazara çıxartmaq üçün müəyyən güzəştlər edilməli və onlara maddi dəstək göstərilməlidir.  

Daha ətraflı videomaterialda:

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
112
38
xezerxeber.az

10Источники